AZ

SON DƏQİQƏ! ABŞ bombardmançı təyyarələrini bu istiqamətə göndərir – NƏ BAŞ VERİR?

ABŞ ordusu hərbi potensialını Avropa istiqamətində daha da gücləndirərək, Böyük Britaniyadakı aviabazasına əlavə üç strateji bombardmançı təyyarə göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu addım regionda hərbi aktivliyin artdığı bir dövrdə Vaşinqtonun strateji çəkindirmə siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Bu son transferlə Birləşmiş Krallıq ərazisində yerləşdirilən Amerika ağır bombardmançı təyyarələrinin ümumi sayı 21-ə çatıb. Hazırda Britaniya aviabazalarında 15 ədəd “B-1B Lancer” və 6 ədəd “B-52H Stratofortress” tipli strateji təyyarə döyüş hazırlığı vəziyyətində saxlanılır.

Hərbi ekspertlərin fikrincə, bu qədər böyük sayda strateji aviasiya qüvvəsinin bir nöqtədə cəmləşməsi son onilliklərin ən yüksək göstəricilərindən biridir. “B-52H” raketdaşıyıcılarının mənzili və “B-1B” təyyarələrinin səsyüksək sürəti ABŞ-a həm Avropa, həm də Yaxın Şərq istiqamətindəki əməliyyatlara çevik müdaxilə imkanı yaradır.

Sara,
NOCOMMENT.az

Seçilən
24
nocomment.az

1Mənbələr