Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İngilis mütəxəssis Roy Hocsonun yeni iş yeri açıqlanıb.
Fanat.Az xəbər verir ki, 78 yaşlı çalışdırıcı Çempionşip təmsilçisi "Bristol Siti"nin "sükanı arxası"na keçib.
Məlumatı klubun mətbuat xidməti yayıb. O, müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə imza atıb.
Hocson son olaraq "Kristal Pelas"da işləyib. O, 2024-cü ilin fevral ayında London təmsilçisindən ayrılıb. Təcrübəli məşqçi 2012-2016-cı illərdə İngiltərə millisinə rəhbərlik edib. Bu, karyerası ərzində "İnter", "Udineze", "Liverpul", "Kopenhagen", "Fulhem", "Uotford" və Finlandiya millisində də bacarığını ortaya qoymağa çalışmış britaniyalının "Bristol Siti"dəki ilk fəaliyyəti deyil. Hocson 1980-1982-ci illər aralığında da bu komandanın baş məşqçisi olub.
Toğrul
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.