AZ

BƏƏ Müdafiə Nazirliyi: Sutka ərzində İranın 6 ballistik raketini ələ keçirmişik

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Birləşmiş Ərəb Əmirliklərinin Hava Hücumundan Müdafiə sistemləri sutka ərzində 6 ballistik raket və 9 pilotsuz uçuş aparatını ələ keçirib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında deyilir.

"BƏƏ HHM sistemləri martın 27-də İrandan buraxılmış 6 ballistik raket və 9 pilotsuz uçuş aparatını ələ keçirib", - məlumatda qeyd olunub.

Ötən sutka ərzində Birləşmiş Ərəb Əmirliklərinin HHM sistemləri 15 ballistik raket və 11 PUA-nı ələ keçirib.

Məlumata görə, Yaxın Şərqdə münaqişənin gərginləşməsinin əvvəlindən (28 fevral) BƏƏ HHM sistemləri 378 ballistik raket, 15 qanadlı raket və 1 835 PUA-nı ələ keçirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
6
cebheinfo.az

7Mənbələr