
Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin sürətlə nizamlanmasına kömək etmək niyyətindədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransada keçirilən "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin iclasında ABŞ dövlət katibi Marko Rubio bildirib.
"G7 görüşündə bir daha təsdiqlədim ki, Prezident Donald Tramp atəşkəsin təmin olunmasına və Rusiya ilə Ukrayna arasındakı müharibənin danışıqlar yolu ilə mümkün qədər tez başa çatdırılmasına sadiqdir", — deyə Rubio "X" sosial şəbəkəsində yazıb. Dövlət katibi məsələ ilə bağlı əlavə təfərrüat açıqlamayıb.