AZ

Şah baş nazir oldu Keçmiş repçi bundan əvvəl paytaxt meri idi

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Nepalda siyasi səhnədə diqqətçəkən dəyişiklik baş verib. Keçmiş rep ifaçısı və paytaxt Katmandunun meri Balen Şah ölkənin yeni baş naziri olub.

Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, Şah bu gün (martın 27-si) and içərək vəzifəsinin icrasına başlayıb.

Onun rəhbərlik etdiyi “Milli Müstəqil Partiya” parlament seçkilərində böyük üstünlüklə qalib gələrək 275 yerdən 182-ni qazanıb. Bu nəticə partiyaya təkbaşına hökumət qurmaq imkanı verib.

35 yaşlı Şah bununla Nepal tarixində ən gənc baş nazirlərindən olub. O, daha əvvəl 2022-ci ildə müstəqil namizəd kimi Katmandu şəhərinin meri seçilmişdi.

Şahın hakimiyyətə gəlməsi 2025-ci ildə ölkədə baş verən genişmiqyaslı antikorrupsiya etirazlarından sonra mümkün olub. Həmin aksiyalar nəticəsində onlarla insanın həlak olduğu və əvvəlki hökumətin istefaya getdiyi bildirilir.

Siyasi fəaliyyətə başlamazdan əvvəl repçi kimi tanınan Şah yaradıcılığında korrupsiya, sosial ədalətsizlik və siyasi elitanı tənqid edən mövzulara yer verirdi. Bu imic onun xüsusilə gənclər arasında populyarlıq qazanmasına səbəb olub.

Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
www.bakupost.az

1Mənbələr