AZ

Prezident Stubb: NATO parçalanıb, Avropanın müharibəsi Ukraynadır, İran deyil

İran məsələsinə görə  NATO daxilində fikir ayrılığı və parçalanma var.

 Azreform.info  xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Politico”ya müsahibəsində deyib.

Prezident Stubb bildirib ki, NATO Qlobal Şimal və Qlobal Qərb olmaqla iki hissəyə bölünüb: "Qlobal Şimal liberal dünya nizamının müdafiəçisi rolunu öz üzərinə götürür, Qlobal Qərb isə daha çox əməliyyat yönümlü ABŞ-a çevrilir. Bu, sadəcə reallıqdır", - Stubb qeyd edib.
Finlandiya prezidenti əlavə edib ki, Avropa ölkələri ABŞ-ın Yaxın Şərq siyasətində onu dəstəkləmək üçün birləşməyə borclu deyillər. "Bu, bir az sərt səslənə bilər, amma İran mənim müharibəm deyil; mənim müharibəm Ukraynadır", - Stubb yekunlaşdırıb.

Mürtəza

Seçilən
0
3
azreform.info

4Mənbələr