Martın 20-də millinin “FİFA Series” üçün heyəti açıqlandı. Maraqlıdı ki, Ayxan Abbasov yalnız iki hücumçuya dəvət göndərib: Musa Qurbanlı, Renat Dadaşov. Nəriman Axundzadə və Mahir Emreli isə optimal formada olmadığına görə çağrılmayıb.
Mahir də, Nəriman da həm vinger kimi, həm də hücumun sivri ucunda oynaya bilir. Renatla Musanın belə özəllikləri yoxdu. Əslində Vüsal İsgəndərli də hücumda oynaya bilər.
Taktiki sxemdə, yəqin ki, dəyişiklik olmaz. Ən ağlabatan varian 5-4-1-di. Amma rəqiblərin, xüsusilə Sent Lüsiyanın zəif olması bəlkə də Ayxan Abbasovu “dördlü” müdafiə sınamağa gətirə bilər.
Bu turniri qazanmağın tək önəmi isə futbolçuların mental baxımından qələbələrə köklənməsidi. Çünki komanda ötən il, ümumiyyətlə, qələbə görməyib.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta