AZ

Cənubi Koreya Prezidenti: “ABŞ dən asılılıq qəbuledilməzdir”

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Koreya Prezidenti Li Çje Myonq hərbi komandirlərlə görüşdə bildirib ki, ölkə müdafiəsində ABŞ-dən asılılıq qəbuledilməzdir və onu azaltmaq lazımdır. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, o vurğulayıb ki, Vaşinqtonla müttəfiq münasibətlər vacibdir, amma həddindən artıq asılılığa yol verməməliyik.

Li Çje Myonq müstəqil müdafiə qabiliyyətinin inkişafını və müharibə zamanı silahlı qüvvələr üzərində nəzarətin bərpasını önə çəkib.

Daha əvvəl bildirilmişdi ki, Cənubi Koreyada yerləşən “THAAD” və “Patriot” raket sistemləri İranın cavab zərbələri səbəbindən Yaxın Şərqə yerləşdiriləcək.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr