AZ

Süni intellekt əsaslı alqoritmlər ictimai rəyin formalaşmasında aparıcı aktora çevrilib – Əhməd İmsayılov

Bakı. Trend:

Müasir dövrdə ictimai rəy artıq yalnız milli sərhədlər daxilindəformalaşan sosial fenomen deyil. Rəqəmsal kommunikasiyatexnologiyalarının sürətli inkişafı nəticəsində ictimai rəy qlobalmiqyasda formalaşan çoxmərkəzli və dinamik bir sistemə çevrilib. Butransformasiya yalnız informasiya axınının sürətini artırmaqlakifayətlənməyib, həm də onun məzmununa, təsir mexanizmlərinə vəetibarlılıq kriteriyalarına ciddi şəkildə təsir göstərib.

Trend xəbərverir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoruƏhməd İsmayılov bu gün İstanbulda keçirilən Beynəlxalq StratejiKommunikasiya Zirvəsi (“Stratcom Summit 2026”) çərçivəsində baştutan “Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyintransformasiyası” adlı panel sessiyada çıxışı zamanı deyib.

Ə.İsmayılovun sözlərinə görə, əvvəllər ictimai rəyinformalaşmasında ənənəvi media əsas rol oynayırdısa, bu gün sosialmedia platformaları, rəqəmsal kontent istehsalçıları və hətta süniintellekt əsaslı alqoritmlər bu prosesin aparıcı aktorlarınaçevrilib. Bu isə informasiya məkanında həm demokratikləşmə, həm dəfraqmentasiya tendensiyalarını paralel şəkildə gücləndirib:

“Rəqəmsal kommunikasiya ekosisteminin əsas xüsusiyyətlərindənbiri onun mərkəzsiz və interaktiv xarakteridir. İstifadəçilər artıqyalnız informasiya istehlakçısı deyil, eyni zamanda onunistehsalçısı və yayıcısıdır. Bu yeni reallıq ictimai rəyinformalaşmasında iştirak edən subyektlərin sayını artırmaqla yanaşı,məsuliyyətin də diffuziyasına səbəb olub”.

İcraçı direktor əlavə edib ki, bu transformasiya ilə yanaşı birsıra çağırışlar da meydana çıxıb.

“İlk növbədə, dezinformasiya və yanlış məlumatlarınsürətlə yayılması problemi xüsusi diqqət tələb edir.Rəqəmsal platformaların alqoritmik strukturu bəzən emosional vəsensasion məzmunu daha çox önə çıxarır ki, bu da obyektiv vəfaktlara əsaslanan ictimai rəyin formalaşmasına mənfi təsirgöstərir.

İkinci mühüm məsələ informasiya suverenliyi və millikommunikasiya təhlükəsizliyi ilə bağlıdır. Qlobalplatformaların dominantlığı bəzi hallarda milli informasiyaməkanlarının zəifləməsinə, yerli kontentin geri planda qalmasınasəbəb olur. Bu isə dövlətlərin kommunikasiya siyasətində yeniyanaşmaların formalaşdırılmasını zəruri edir.

Üçüncü istiqamət isə etimad böhranıdır.İnformasiya mənbələrinin çoxalması ilə paralel olaraq, onlarınetibarlılığına dair şübhələr də artır. Bu şəraitdə ictimai rəyinsabit və sağlam əsaslar üzərində formalaşdırılması üçüninstitusional mexanizmlərin gücləndirilməsi xüsusi əhəmiyyət kəsbedir”, - deyə o qeyd edib.

Seçilən
14
6
az.trend.az

7Mənbələr