AZ

Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

BDYPİ-dən bildirilib ki, ölkə ərazisində müşahidə olunan yağış və çiskin, bəzi istiqamətlərdə isə duman yol hərəkətini çətinləşdirir.Görmə məsafəsinin məhdudlaşması və yol örtüyünün sürüşkən olması qəza riskini artırır.

Qurum sürücüləri sürət həddini hava və yol şəraitinə uyğun seçməyə, ara məsafəsini artırmağa və manevr zamanı ehtiyatlı olmağa çağırıb. Həmçinin nəqliyyat vasitələrinin texniki vəziyyətinin, xüsusilə şüşəsilənlərin, işıq cihazlarının və təkərlərin sazlığının yoxlanılması tövsiyə olunub.

BDYPİ piyadalara da xəbərdarlıq edərək bildirib ki, onlar yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl təhlükəsizliyə əmin olmalı və məhdud görünmə şəraitində daha görünən olmağa diqqət yetirməlidirlər.

Seçilən
5
anews.az

1Mənbələr