Tehran hazırda Vaşinqtonla heç bir danışıqlar aparmır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Avrasiya Hökumətlərarası Şurasının iclasında İran İslam Respublikasının Qazaxıstandakı səfiri Əli Əkbər Jokar bildirib.
Onun sözlərinə görə, bəzi ölkələr İran və ABŞ arasında vasitəçilik etməkdə maraqlıdır:
"Əldə etdiyimiz məlumata əsasən, hazırda heç bir danışıqlar aparılmır. Əlbəttə ki, bəzi qonşu dövlətlər maraqlarını ifadə ediblər və danışıqların bərpasına kömək etməyə hazırdırlar", - deyə o qeyd edib.
"Cebheinfo.az"