AZ

"Tərəflərin anlaşması ehtimalı çox azdır”

"Tərəflərin

“Danışıqlarla bağlı bir-birinə zidd iki fikir var. İran rəsmiləri birmənalı olaraq danışıqların aparılmadığını deyirlər, Tramp isə israrla çox yaxşı danışıqlar alındığını, razılaşdıqlarını deyir. Yəni onu demək istəyirəm ki, bu danışıqlar gerçəkdən var və ya yoxdur bu, təsdiqini tapmır. Bir tərəf birmənalı olaraq rədd edir, digər tərəf isə təsdiq edir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Əli Mustafa deyib.

Ə.Mustafa əlavə edib ki, daha ciddi ehtimal odur ki, Tramp danışıqların olduğu ilə bağlı açıqlama verməklə neftin qiymətinin bahalaşmasını əngəlləyir, bazardakı sabitliyi təmin edir: “Eləcə də Tramp ABŞ qoşunları İran ərazilərinə ordu çıxarmağa hazırlaşır açıqlaması ilə sanki İran tərəfini bir növ oyalayır, başını qatır. Yəni bu ehtimallar var. Ümumiyyətlə, beynəlxalq mətbuatda da ekspertlərin əksəriyyəti bu qənaətdədirlər ki, Tramp bu mülahizələrlə İran tərəfini oyalayır və bazardakı qiymətləri qorumağa çalışır. Əgər hesab etsək ki, gerçəkdən belə bir danışıqlar gedir və onlar həftə sonu Pakistanda görüşəcəklər və ya başqa bir formatda görüşlər olacaq, bu halda nə ola bilər? Təbii ki, razılaşma şansı var, amma mən bunu çox az görürəm”.

Politoloq münaqişənin davam etməyinə ehtimal verdiyini irəli sürüb: “Çünki tərəflərin uzlaşacağı, anlaşacağı məqamlar çox azdır. İranın istədikləri ilə ABŞ, ABŞ-nin istədikləri ilə İran razılaşmaq fikrində deyil. Ona görə də mən düşünürəm ki, bu danışıqların uğurlu olacağı ehtimalı azdır. Heç danışıqların olacağı ehtimalı da azdır. Təqribən 30 faiz ehtimal var, 70 faiz isə bu danışıqlar baş tutmayacaq. Olacaqsa da uğurlu olmayacaq. Düzdür, üçüncü tərəflərin belə bir təşəbbüsü var. Türkiyənin, Pakistanın belə bir cəhdləri barədə məlumatlar mövcuddur. Amma dediyim kimi, tərəflərin anlaşması ehtimalı çox azdır”.

Röya İsrafilova

Seçilən
19
1
xalqcebhesi.az

2Mənbələr