AZ

Həkimlər mümkünsüzü bacardı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Dünya tibb tarixində olduqca nadir hadisə qeydə alınıb. Amerikalı həkimlər immun sisteminin ağır qüsuru olan XMEN sindromunu kök hüceyrə nəqli vasitəsilə sağaltmağa nail olublar.Demokrat.az xəbər verir ki, bu, sözügedən xəstəliyin müalicəsində uğur qazanılan cəmi üçüncü rəsmi haldır.Xəstəyə diaqnoz 20 yaşında qoyulub. Həmin vaxta qədər o, daimi tənəffüs yolları infeksiyalarından və dalaq böyüməsindən əziyyət çəkirdi. Gənc yaşlarında xəstədə aqressiv dəri xərçəngi, sonradan isə qan xərçənginə yol açan ağır pozuntular inkişaf etmişdi. Vəziyyəti kritikləşən pasiyentə kök hüceyrə transplantasiyası tətbiq olunub.

Həkimlər əməliyyatdan əvvəl xəstənin sümük iliyini tamamilə sıradan çıxararaq donor hüceyrələri üçün yer hazırlayıblar. İlk cəhddən bir müddət sonra xəstəlik yenidən baş qaldırsa da, mütəxəssislər geri çəkilməyiblər. Qohum olmayan donordan ikinci dəfə kök hüceyrə köçürülüb və xüsusi terapiya tətbiq edilib.Müalicə gözlənilən nəticəni verib. Hazırda xəstənin həm immun sistemi bərpa olunub, həm də xərçəng xəstəliyi tamamilə dayanıb. Tədqiqatçılar bildirirlər ki, bu üsul uşaqlarda effektiv olsa da, böyüklər üçün riskli hesab edilir. Gələcəkdə donor axtarışına ehtiyac qalmaması üçün gen terapiyasının əsas çıxış yolu olacağı proqnozlaşdırılır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
demokrat.az

1Mənbələr