AZ

Mark Rutte: Cənubi Qafqaz NATO nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Şimali Atlantika Alyansı (NATO) Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunan nəzərə çarpacaq tərəqqini müsbət qiymətləndirir".

Oxu.Az xəbər verir ki, bu fakt təşkilatın Baş katibi Mark Ruttenin 2025-ci il üzrə yekun hesabatında öz əksini tapıb.

Mətndə qeyd edilir ki, avqustda sülh sazişinin ilkin olaraq razılaşdırılması əlaqələrin bərpası və bölgədə təhlükəsizliyin artırılması yolunda ciddi bir mərhələdir. Buna görə də təşkilat hər iki dövlətlə əlaqələrin və tərəfdaşlığın daha da inkişaf etdirilməsi niyyətindədir.

"Xüsusilə regionun Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin təsirlərini hiss etdiyi hazırkı dövrdə Cənubi Qafqaz NATO-nun təhlükəsizlik maraqları baxımından kritik rola malikdir", - deyə hesabatda bildirilir.

Bundan əlavə sənəddə oda vurğulanır ki,2025-ci il üzrə Hərbi Təhsilin İnkişafı Proqramı xətti ilə Azərbaycan digər müttəfiq dövlətlərlə qabaqcıl təcrübə mübadiləsini daha da intensivləşdirib.

"Sülh Naminə Tərəfdaşlıq layihəsi çərçivəsində NATO həm də Azərbaycanın yer aldığı ümumilikdə 16 dövlətlə qarşılıqlı fəaliyyət göstərir", deyə sənəddə qeyd edilir.

Hesabatda NATO-nun Mükəmməllik Mərkəzlərinin işinə də diqqət yönəlir. Bu qurumlar milli və beynəlxalq səviyyədə biliklərin ötürülməsi, eləcə də Alyansın potensialının artırılması məqsədilə fəaliyyət göstərir. İndiki vaxtda təşkilat tərəfindən bu cür 30 mərkəz təsdiqlənib, əlavə beş mərkəz isə yoxlama prosesindədir.

"Bu şəbəkədə NATO-nun 32 üzv ölkəsinin hamısı təmsil olunur və səkkiz tərəfdaş dövlət (Azərbaycan da daxil olmaqla) öz töhfələrini verir", - deyə sonda bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
oxu.az

1Mənbələr