AZ

“Mahirin başına çox pis şeylər gəldi, ən betəri isə…” – Kloze Emreli haqda nə bilir?

Mahir Emrelinin sabiq baş məşqçisi Miroslav Kloze həmvətənimiz haqda müsbət fikirlər səsləndirib.

“Football-plus.az” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniya nəşri “Nürnberq”in çalışdırıcısının 28 yaşlı hücumçu haqda fikirlərini dərc edib:

“Mahirlə tez-tez mesajlaşırıq. Gah o mənə, gah da mən ona zəng edirəm. Bu yaxınlarda “Kayzerslautern”də ilk qolunu vurdu. Əlaqə saxlayıb təbrik etdim. Mahir çox keyfiyyətli futbolçudu. O formadadısa, heç kim dayandıra bilməz. Sadəcə, başına çox pis şeylər gəldi. Ən betəri isə zədələnməsi oldu. Özünü toparlayacağına inanıram. Amma ümid edirəm ki, bacarıqlarını mənim komandamla oyunlarda göstərə bilməyəcək”.

Xatırladaq ki, Mahirin şərəfini qoruduğu “Kayzerslautern” martın 21-də “Nürnberq”in meydanından böyükhesablı məğlubiyyətlə (0:3) ayrılıb. Emreli bu qarşılaşmada 34 dəqiqə oynayıb.

KƏNAN BAHADIR
Seçilən
50
football-plus.az

1Mənbələr