AZ

Ağasəlim Mircavadov: “Ayxan Abbasovun bütün futbolçulara şans verəcəyini düşünürəm”

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yoldaşlıq görüşünün bir məqsədi olur. Qarşıdakı seçmə mərhələ matçlarına hazırlaşmaq. Millimiz də sentyabrda yeni tsiklə start verəcək”.

Bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan yığmasının “FIFA Series - 2026” beynəlxalq turnirindəki şanslarını dəyərləndirib.

“Belə qarşılaşmalarda əsas məqsəd heyəti daha da təkminləşdirmək, oyun üslubunu artırmaqdır. Millimiz sonuncu görüşünü noyabrda keçirib. Qələbə ruhu yığmada qalmalıdır ki, futbolçular rəsmi görüşlərdəki qarşılaşmalara hazır olsun. Yoldaşlıq görüşləri olduğu üçün Ayxan Abbasovun bütün futbolçulara şans verəcəyini düşünürəm. Baş məşqçinin futbolçu seçiminə hörmətlə yanaşıram. Daxildədir, oyunçuları tanıyır. İndiki halda yığmanın bir çox futbolçusu komandalarında az oynayır. İstək və inam var”, - deyə sport24.az-a açıqlamasında deyib.Qeyd edək ki, Azərbaycan milli komandası bu gün Sent Lüsiya, 30-da isə Syerra- Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
icma.az

2Mənbələr