AZ

İsrail İran ordusunun ürəyinə zərbə endirdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Gecə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) bütün İran ərazisində ballistik raketlər və hava hücumundan müdafiə sistemlərinin istehsal obyektlərinə zərbələr endirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

“Tehran ərazisinə endirilən zərbələr zamanı ÇAXAL İran rejimi tərəfindən hərbi silahların, əsasən ballistik raketlərin istehsalı üçün istifadə olunan obyektləri və infrastrukturu məhv edib.

Vurulan hədəflər arasında İsrail üçün təhdid yaradan raket buraxılış qurğuları və anbarlar olub”, — məlumatda qeyd olunub.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
globalinfo.az

1Mənbələr