AZ

Toral Bayramov qərarını verdi -Yeni mövsümə harada başlayacaq?

"Qarabağ"ın və Azərbaycan millisinin cinah müdafiəçisi Toral Bayramovun yeni mövsümə harada başlayacağı bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, MLS klublarından, Türkiyə Super Liqasından, eləcə də Kipr klublarından agentlər vasitəsi ilə təkliflər alan 25 yaşlı oyunçu qərarını verib.

"Köhlənlər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq Bayramov iş yerini dəyişmək istəmir. O, Qurban Qurbanovun rəhbərlik etdiyi komandada qalmağı və klubu ilə müqavilə yeniləməyi uyğun sayır. "Qarabağ"ın yaxın vaxtlarda sözügedən futbolçuya daha yaxşı şərtlərlə yeni anlaşma təklif edəcəyi gözlənilir.

Cari mövsüm Ağdam komandasının firması ilə bütün turnirlərdə 35 matça çlxan Toral 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
15
1
fanat.az

2Mənbələr