AZ

Ankarada “Türk Dünyası Nəşriyyat Konqresi” öz işinə başlayıb

Ankara, 27 mart, AZƏRTAC

Martın 27-də Türkiyənin paytaxtı Ankarada “Türk Dünyası Nəşriyyat Konqresi” öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konqres Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Kitabxanalar və Nəşrlər Baş İdarəsi” tərəfindən təşkil olunub.

On ölkədən 140 naşirin və ədəbiyyat üzrə müəlliflik haqları agentlərinin iştirak etdiyi konqresdə nəşriyyat, ortaq türk dili, tərtibat, idarəçilik, təhsil və tərcümə sahələrində fikir mübadiləsi aparılacaq, ayrı-ayrı ölkələrin nümayəndələrindən ibarət qurulan komandalar şəklində təkliflər hazırlanaraq konqresə təqdim olunacaq.

Martın 29-a qədər davam edəcək konqresdə Azərbaycanı Mədəniyyət Nazirliyi Azərbaycan dili və Ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə və on nəşriyyat evi təmsil edir.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
15
2
azertag.az

3Mənbələr