AZ

ABŞ və İsrailin Yaxın Şərq PLANLARI:  Hədəflər tam fərqlidir, sirlər açılır…

“Yaxın Şərqdə hadisələrdə ABŞ və İsrailin hədəfləri fərqlidir, fanatizm təhlükəli rol oynayır”.

NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Yaxın Şərqdə baş verən hadisələrə dair açıqlamasında deyib.

Onun sözlərinə görə, bölgədəki əsas təhlükə iki tərəfin – ABŞ və İsrailin – hədəflərinin tamam fərqli olması və hər iki ölkədə dini fanatizmin hakimiyyətdə oynadığı roldadır:

“ABŞ-nin məqsədi yeni doktrina çərçivəsində dünya enerji resurslarına və qlobal logistikaya maksimum nəzarət etməkdir. Yenilənmiş “DonRo” doktrinası, ABŞ-nin daha az resurs sərf edərək dünya üzrə hərbi bazalarının sayını azaltmaq, enerji mənbələrinə və strateji yollarına (quru və dəniz nəqliyyatı) nəzarəti möhkəmləndirmək istəyindən irəli gəlir. Bu doktrina xüsusilə Çinlə rəqabətdə ABŞ üçün prioritet hesab olunur.

İsrail isə regionda fürsət düşdükcə İrana qarşı hərbi əməliyyatları artırmaq və rejimi zəiflətmək, mümkün olduqda dəyişdirmək niyyətindədir. ABŞ-nin İranda kimin hakimiyyətə gəlməsi önəmli deyil; əsas məqsəd region ölkələrinin ABŞ-yə hər zaman ehtiyac duymasını təmin etməkdir”.

Ekspert həmçinin Türkiyə və Avropa mediasında yayılan bir sıra tezisləri şərh edib:

1. “ABŞ, Trampın Epşteyn işini unutdurmaq üçün müharibəyə başladı” – Cəfərli qeyd edir ki, Epşteyn işinə aid fayllar 2019-cu ildən ABŞ Ədliyyə Nazirliyində mövcud idi və 2020-ci ildə Demokratlar hakimiyyətə gəldikdən sonra bu fayllar açıqlanmamışdı. Əslində, faylları açan Tramp idi.

2. “ABŞ və İsrail üçün Hörmüz boğazının bağlanması sürpriz oldu” – Ekspert vurğulayır ki, ABŞ-nin 18 xüsusi xidmət orqanı regiondakı mümkün riskləri öncədən bilirdi və buna uyğun strategiyalar hazırlamışdı.

3. “ABŞ və İsrail plansız müharibəyə başladı” – Cəfərli qeyd edir ki, İsrail və ABŞ uzunmüddətli planlarla hərəkət edirlər; İsrail “peycer əməliyyatını” 3 il, ABŞ isə Venesuela əməliyyatını aylarla hazırlamışdı.

Sara

NOCOMMENT.az 

Seçilən
17
nocomment.az

1Mənbələr