AZ

Lili Uest: Mən 7 ildir səyahət etmirdim, lakin Qarabağa səfər xatirinə istisna etdim

Azərbaycanın azad edilmiş ərazilərində tikinti və dəyişiklik templəri heyranlıq doğurur.

Bu barədə "Report"un Zəngilandakı müxbirinə beynəlxalq səyahətçilər nümayəndə heyətinin tərkibində regionu ziyarət edən Böyük Britaniyadan olan səyahətçi Lili Uest bildirib.

"Bu, mənim Qarabağa və digər azad edilmiş ərazilərə ilk səfərimdir. Lakin mən əvvəllər Azərbaycanda olmuşam - son gəlişim 1991-ci ilə təsadüf edib. O zamankı və indiki Azərbaycan arasındakı fərq sadəcə inanılmazdır, nəhəngdir", - o qeyd edib.

Dünyanın bütün ölkələrini ziyarət etmiş Lili Uest vurğulayıb ki, indiki səfər onun üçün xüsusi olub, çünki o, son yeddi il ərzində səyahət etməyib və məhz bu səfər xatirinə istisna edib: "Burada hər şeyin necə bərpa edilməsi heyrətamizdir. Bərpa işlərinin miqyası sadəcə heyran edir".

Qeyd edək ki, ərəfədə beynəlxalq səyahətçilər Ağdam, Şuşa və Xankəndini ziyarət ediblər.

Seçilən
25
far.az

1Mənbələr