AZ

Paraatlet Lamiyə Vəliyeva: "Əcnəbi həyat yoldaşım mənə görə Azərbaycana gəldi" - VİDEO

Azərbaycan paraatletikasının aparıcı simalarından biri, dördqat dünya və ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva və onun həyat yoldaşı, Cənubi afrikalı atlet Tembo Con Monarenq Oxu.az-a videomüsahibə veriblər.
 
Cütlük müsahibədə tanışlıq hekayələrindən, idman həyatından və gələcək planlarından söz açıblar. Lamiyə Vəliyeva bildirib ki, onlar ilk dəfə 2023-cü ildə Çində keçirilən Universiada Oyunları zamanı tanış olublar və bundan sonra münasibətləri daha da yaxınlaşıb.
 
Paraatlet, həmçinin həyat yoldaşının Azərbaycanda yaşamaq qərarı verdiyini və artıq ölkəmizə uyğunlaşmağa başladığını qeyd edib. Onun sözlərinə görə, Tembo Con Monarenq Azərbaycan dilini öyrənir və məşqlərdə də fəal iştirak edir.
 
Tembo Con Monarenq isə öz növbəsində Azərbaycanda yaşamağın onun üçün maraqlı təcrübə olduğunu bildirib. O qeyd edib ki, gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək və ölkənin idman uğurlarına töhfə vermək istəyir.
 
Müsahibədə həmçinin Azərbaycan paraatletikasının hazırkı vəziyyəti, idmançıların hazırlıq prosesi və qarşıdakı hədəflər barədə də fikir mübadiləsi aparılıb.
 
Daha ətraflı videomüsahibəni Oxu TV-nin "YouTube" kanalında izləyə bilərsiniz.

 

Seçilən
18
2
moderator.az

3Mənbələr