AZ

“STRATCOM Zirvesi 2026” beynəlxalq forumu işə başladı FOTOLAR

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan nüfuzlu “STRATCOM Zirvesi 2026” (Uluslararası Stratejik İletişim Zirvesi) beynəlxalq forumu işə başladı. Bu tədbir 2021-ci ildən keçirilən STRATCOM platformasının 5-ci zirvəsidir.Demokrat.az xəbər verir ki, builki forumun əsas müzakirə mövzusu “Beynəlxalq sistemdə parçalanma: böhranlar, narrativlər və yeni nizam axtarışı” adlanır. İki gün davam edəcək tədbirdə beynəlxalq sistemdə baş verən parçalanmalar, bunun nəticəsində ortaya çıxan böhranlar və qlobal nizam axtarışına dair müxtəlif bölgələrin yanaşmaları ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına videomüraciəti nümayiş olunub. Forumda Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya üzrə rəhbəri Burhanettin Duran çıxış ediblər. Forumda 50-dən çox ölkədən dövlət rəsmiləri, nazirlər, diplomatlar, tanınmış jurnalistlər və akademiklər iştirak edirlər. Beynəlxalq forumda Azərbaycanın nümayəndə heyəti də təmsil olunur.

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
demokrat.az

1Mənbələr