AZ

Türkiyə Rumıniya oyunundan sonra qalmaqal

ain.az, Idman.biz saytına istinadən bildirir.

2026 Dünya Çempionatının Avropa zonasının seçmə mərhələsinin pley-off turunun yarımfinal matçında Türkiyə futbol millisi Rumıniya ilə qarşılaşıb. “Tüpraş Park” stadionunda keçirilən matçda rəqibini 1:0 hesabı ilə məğlub edən komanda adını finala yazdırıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın bitiş fitindən sonra rumıniyalı futbolçu Tanase ilə komanda yoldaşı arasında gərginlik yaşanıb. Paltardəyişmə otağının dəhlizində bir-biri ilə mübahisə edən oyunçunun tuneldəki stulu böyük qəzəblə yerə çırpdığı bildirilib. Komandadakı digər futbolçuların araya girərək yoldaşları arasındakı gərginliyi sakitləşdirdiyi bildirilir.

Pley-off turunun yarımfinalında Rumıniyanı məğlub edən Türkiyə millisinin finaldakı rəqibi Kosovodur.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr