AZ

34 yaşlı kişi küçədə bıçaqlandı: 17 yaşlı oğlan saxlanıldı

Goranboy rayonunda 34 yaşlı kişi bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Murad Əliyev küçədə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Araşdırmalarla məlum olub ki, Murad Əliyev rayon sakini, 2009-cu il təvəllüdlü K.Əliyevlə mübahisə edib. Mübahisə zamanı K.Əliyev Muradı bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən K.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
49
3
buta.tv

5Mənbələr