AZ

Qriqoryan: Azərbaycan ərazisindən Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması İrəvan üçün əhəmiyyətli hadisədir

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan ərazisindən Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması İrəvan üçün əhəmiyyətli bir hadisədir və bu, regionun bütün potensialının üzə çıxarılması üçün perspektivlər açır, qarşılıqlı ticarətin artmasına töhfə verir.

TASS-ın xəbərinə görə, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Qazaxıstanın Şimkent şəhərində keçirilən Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında bildirib.

Ermənistan Baş nazirinin müavini çıxışında Cənubi Qafqazda nəqliyyat və logistika infrastrukturunun şaxələndirilməsinin xarici ticarəti əhəmiyyətli dərəcədə artıracağını vurğulayıb.

"Bu kontekstdə, Azərbaycan ərazisindən Ermənistana tranzit məhdudiyyətlərinin bu yaxınlarda qaldırılması bizim üçün xüsusilə əlamətdar bir hadisədir və bu, regionun bütün potensialının üzə çıxarılması üçün perspektivlər açır və qarşılıqlı ticarətin artmasına töhfə verir”, - Qriqoryan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
6
apa.az

8Mənbələr