AZ

Türkiyə Rumıniyanı məğlub edərək 2026 cı il Dünya Çempionatının seçmə mərhələsinin finalına yüksəldi

ain.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Türkiyə Rumıniyanı məğlub edərək 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin finalına yüksəldi

2026-cı il futbol üzrə Dünya Çempionatına vəsiqə uğrunda Avropada pley-off oyunları start götürüb.

Oxuməni.az xəbər verir ki, Avropa zonasında 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin yarımfinal oyunlarından biri başa çatıb. Bu oyunda Türkiyə və Rumıniya yığmaları qarşılaşıb. Oyun Türkiyənin İstanbul şəhərindəki "Tüpraş" stadionunda keçirilib. Matçın baş hakimi Fransadan olan Fransua Leteksye olub. Oyunda ev sahibi komandanın futbolçuları 1:0 hesabı ilə qələbə qazanıb.

Matçda yeganə qolu 53-cü dəqiqədə Arda Gülərin ötürməsindən sonra ev sahiblərinin müdafiəçisi Ferdi Kadıoğlu vurub.

Türkiyə yığması pley-offun final mərhələsinə yüksəlib və orada Slovakiya yığmasına 4:3 hesabı ilə qalib gələn Kosovo komandası ilə qarşılaşacaq. Pley-offun finalı martın 31-də keçiriləcək. Rumıniya yığması isə turnirdəki iştirakını başa vurub.

2026-cı il Dünya Çempionatı cari ilin yayında üç ölkədə -ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı Dünya Çempionu Argentina yığmasıdır.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
oxumeni.az

2Mənbələr