AZ

Tramp İranın enerji obyektlərinə hücumları ertələdi - 6 aprelə qədər…



ABŞ Prezidenti Donald Tramp Tehranla yeni danışıqlar mərhələsi üçün İranın enerji obyektlərinə zərbələri on gün müddətinə təxirə saldığını açıqlayıb.

Sosial media hesabı Truth Social-da bu barədə paylaşım edən Tramp yazıb ki, bu qərarı İran hökumətinin tələbi ilə verib. O, Vaşinqton və Tehran arasında hərbi əməliyyatlara son qoymaq üçün "çox yaxşı" danışıqların davam etdiyini iddia edib.

Ağ Evin məlumatına görə, İran xoşməramlı jest olaraq artıq Pakistan bayrağı altında üzən on neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib.

Qeyd edək ki, bir gün əvvəl İran hakimiyyəti Tehranın əvvəlcədən razılığı ilə "düşmən olmayan dövlətlərdən" - Pakistan, Çin, Rusiya, Hindistan və İraqdan olan gəmilərin Hörmüz boğazından keçməsinə icazə verəcəyini açıqlayıb.

Bütün bunlara rəğmən, maraqlıdır ki, Tehran Vaşinqtonla danışıqlar apardığını inkar edir.

SAMİRƏ

Seçilən
23
baki-xeber.com

1Mənbələr