AZ

ABŞ Dövlət katibi kürd lideri ilə danışdı...-Minnətdarlığını bildirdi...-RƏSMİ

ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio cümə axşamı Kürdüstan regional hökumətinin Baş naziri Məsrur Bərzani ilə telefon danışığı aparıb.
 
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki,  Rubio İraqdan, o cümlədən İraq Kürdüstanından neftin qlobal bazarlara çatmasına imkan yaratdığına görə Kürdüstan regional hökumətinə "minnətdarlığını" bildirib.
 
Dövlət Departamentinin açıqlamasında deyilir:
 
"Dövlət katibi həmçinin İraqdan, o cümlədən İraq Kürdüstan Bölgəsindən neftin qlobal bazarlara çıxmasına imkan yaratdığına görə Kürdüstan regional hökumətinə minnətdarlığını bildirib".
 
Məlumdur ki, İrana qarşı müharibə neftin qiymətlərini qaldırıb və qlobal bazarları sarsıdıb.  
Dövlət Departamenti  onu da bildirib ki, Rubio "24 martda İranın raket hücumunda həlak olan Peşmərgə qüvvələrinin ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb".

Peşmərgənin çərşənbə axşamı verdiyi açıqlamada İraq Kürdüstanının Ərbil şəhərinin şimalındakı bazalarına raket hücumu nəticəsində ən azı altı kürd peşmərgə döyüşçüsü öldürülüb, 30-u yaralandığı bildirilib.

S.Laçın

Seçilən
30
1
moderator.az

2Mənbələr