AZ

WSJ Trampı yalanladı: Tehran ABŞ-dan belə xahiş etməyib

İran hakimiyyəti ABŞ-dan öz enerji infrastrukturuna zərbələri 10 gün müddətinə dayandırmağı xahiş etməyib.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrə görə, İranın yüksək vəzifəli rəsmiləri vasitəçiləri ABŞ ilə sülh danışıqlarında maraqlı olduqları barədə məlumatlandırıblar, lakin ölkə rəhbərliyi hələlik yekun qərar verməyib. İran nümayəndələri həmçinin ABŞ-dan ilk görüşü təşkil etməzdən əvvəl Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik planını azaltmağı tələb ediblər.

WSJ vurğulayıb ki, İran tərəfi danışıqlar zamanı raket proqramını müzakirə etməyi də istisna edib və uranın zənginləşdirməsindən imtina etmək istəmədiyini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Tehranın tələbini əsas gətirərək İranın enerji infrastrukturuna zərbələrin 10 günlük dayandırıldığını elan edib.

Musavat.com

Seçilən
50
musavat.com

1Mənbələr