AZ

? İbrahim Tatlısəsdən MESAJ: “Hər ilan yerdə sürünməz!”

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs yenidən qalmaqallı açıqlamaları və sosial media paylaşımı ilə gündəmə gəlib.

Sherg.az xəbər verir ki, uzun müddətdir ailədaxili problemlərlə diqqət çəkən məşhur sənətçi bu dəfə də üstüörtülü sözləri ilə müzakirə yaradıb.

Daha əvvəl oğlu Ahmet Tatlısəs və qızı Dilan Çıtak ilə yaşadığı gərginlik səbəbilə onlara miras qoymayacağını açıqlayan Tatlısəs sərt ifadələri ilə yadda qalmışdı.

Son paylaşımında isə sənətçi belə yazıb:

“Hər ilan yerdə sürünməz... Bəziləri oturur, səninlə çay-kofe içər.”

Bu sözlərin kimə ünvanlandığı isə sosial mediada böyük maraq doğurub və müxtəlif iddialara səbəb olub.

Qeyd edək ki, 74 yaşlı sənətçi daha əvvəl verdiyi açıqlamada övladlarına miras qoymayacağını bildirərək, “Heç bir şey buraxmayacağam, buna layiq deyillər” sözləri ilə maqazin gündəmini silkələmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
sherg.az

1Mənbələr