BAKI, 27 mart. TELEQRAF
ABŞ prezidenti Donald Trump hazırda populyarlığının zirvəsində olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Düşünürəm ki, heç vaxt indiki qədər populyar olmamışam”, - deyə Tramp qeyd edib.
ABŞ lideri iddia edib ki, müəyyən sorğuda respondentlərin 100 faizi ona dəstək verib.