AZ

Əraqçi BMT Baş katibi ilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında cümə axşamı telefon danışığı baş tutub.

Publika.az-ın "Tasnim"ə istinadən məlumatına görə, telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

Əraqçi İranın milli təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qanuni müdafiə yolu ilə qorumaqda qətiyyətli olduğunu BMT Baş katibinin diqqətinə çatdırıb.

Hörmüz boğazındakı mövcud durum barədə A. Quterreşə məlumat verən İranın XİN başçısı bildirib ki,rəsmi Tehran bu su yolunda gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün öz məsuliyyətlərini dərk edərək zəruri tədbirlər görüb.

Seçilən
48
publika.az

1Mənbələr