AZ

Gürcüstan İsraillə heç-heçə etdi

style='margin-bottom:10px;'>

Gürcüstan millisi beynəlxalq fasilədə İsrail yığması ilə yoxlama matçı keçirib.

QOL.az xəbər verir ki, görüş Gürcüstanın paytaxtı Tbilisidəki “Mixeil Mesxi-Lokomoti” stadionunda oynanılıb.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Gürcüstan millisinin qollarını 36 və 54-cü dəqiqələrdə Xviça Kvaratsxeliya vurub. İsrail yığmasının heyətində isə Qay Mizraçi (60) və Omri Qandelman (64) fərqlənib. 

Gürcüstan millisi beynəlxalq fasilədə daha 1 oyun keçirəcək. Komanda martın 29-da Litva ilə qarşılaşacaq.

Seçilən
35
1
teleqraf.com

2Mənbələr