AZ

Rusiyanın İrana göndərdiyi humanitar yardım "Astara" stansiyasına çatıb

İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 31 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Astara" stansiyasına çatıb.

"Report"un Cənub bürosu xəbər verir ki, humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur.

Xatırladaq ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü - dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.

Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. V. Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Seçilən
22
2
far.az

10Mənbələr