İran, ABŞ-ın İslam Respublikasına quru müdaxiləsi edəcəyi təqdirdə bir milyondan çox döyüşçünü səfərbər etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadlaməlumat yayıb.
Qeyd olunub ki, ABŞ-ın mümkün müdaxiləsi zamanı Amerika ordusuna qarşı döyüşməyə təkcə hazırlıqlı İran hərbçiləri deyil, həm də gənclər hazırdır. Agentlik vurğulayıb ki, İslam Respublikasında orduya və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) daxil olmaq üçün kütləvi müraciətlər müşahidə olunur.
"ABŞ intihar xarakterli və özünəməhv edən üsullara əl ataraq Hörmüz boğazını açmaq istəyir; bu, normaldır. Biz həm onların intihar strategiyasının reallaşmasına, həm də boğazın bağlı qalmasına hazırıq", - deyə agentliyin həmsöhbəti bildirib.