AZ

Azərbaycanın bu məşhur şəxsləri xaricdə vəfat edib – SİYAHI

Azərbaycanın bir neçə vəzifəli şəxsi müalicə üçün getdikləri xarici ölkələrdə vəfat ediblər.

KONKRET.az xəbər verir ki, bununla bağlı siyahını jurnalist Aytən Məmmədova hazırlayıb.

“Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti, energetika naziri olan Natiq Əliyev İstanbulda xəstəxanada dünyasını dəyişdi.

Gənclər və idman naziri Azad Rəhimov ABŞ-da xəstəxanada vəfat etdi.

Ana Vətən Partiyasının sabiq sədri, keçmiş deputat Fəzail Ağamalı İstanbulda xəstəxanada öldü.

Baş nazirin müavini dişlərinin müalicəsi üçün də Almaniyaya gedir.

Deməli, etibarlı səhiyyə olsaydı, özləri də burada müalicə olunardı.

İnsanlar isə bu səhiyyə sisteminin əlində əsir-yesir qalıblar. Öz millətindən olan adamlara belə qənim kəsilməyin adı nədir, anlamaq olmur.

Adi ağrıkəsicilərin keyfiyyəti də başqa ölkələrdəki dərmanlar kimi deyil. Ona görə imkanı olanlar dərmanları xaricdən gətirdir, ya buradakı xarici apteklərdən alır.

Daim içdiyim dərman var, son aylarda onu tapıb almaq iynə ilə gor eşmək qədər çətinləşib. Qiyməti də ikiqat bahalaşıb.

Hətta keyfiyyətsiz dərmanların da qiyməti çox bahadır, qətiyyən insanların cibinə uyğun deyil.

Dövlət xəstəxanalarında bir sıra hallarda xidmətin keyfiyyətsizliyinə görə özəl xəstəxanaya getmək məcbiyyətində qalırsan. Özəl xəstəxanalarda da qiymətlərə gücün çatmır.

Nəticə də o olur ki, Azərbaycanda insanların bir çoxu xəstəliyin son mərlələsində – ölüm ayağında olanda həkimə üz tutur”, – jurnalist sosial şəbəkə hesabında bildirib.

Adları siyahıda olan şəxslərlə yanaşı müdafiə sənayesi naziri Yavər Camalov müalicə üçün getdiyi İsraildə, keçmiş deputat Mahir Aslanov Türkiyənin İzmir şəhərində vəfat edib.

Bundan başqa, “Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşovun bir neçə gün əvvəl müalicə üçün Almaniyaya getdiyi məlum olmuşdu./Yeni Sabah

Seçilən
7
5
konkret.az

6Mənbələr