“İranı məhv edirik. Razılaşma əldə olunması üçün yalvaran onlardır, mən deyiləm”.
Bunu ABŞ Prezidenti Donald Tramp martın 26-da Ağ evə nazirlərlə keçirdiyi toplantıda bildirib.
“Onlar axmaq deyillər, əslində çox ağıllıdırlar. Çox əla müzakirə aparmağı baxarırlar”, - Birləşmiş Ştatlar lideri söyləyib.
D.Tramp detib ki, ABŞ İslam Respublikasının hərbi gücünə ağır zərbə vurub:
“Biz onların raket qurğularının 90%-ni və bəlkə də, raketlərin 90%-dən çoxunu məhv etmişik”./Yeni Sabah