AZ

Pakistan yenidən Əfqanıstanda əməliyyata başladı

Atəşkəs rejiminin başa çatmasının ardınca Pakistan ordusu Əfqanıstan ərazisində hərbi əməliyyatlara yenidən başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi açıqlama verib.

Bir qədər əvvəl "TOLO News" telekanalı Əfqanıstan ordusunun nümayəndələrinə əsaslanaraq Pakistan aviasiyasının ölkənin hava sərhədlərini pozduğuna dair məlumat yaymışdı. Kabil ilə İslamabad arasında razılaşdırılmış atəşkəs martın 24-də yerli vaxtla gecəyarısı (Bakı vaxtı ilə martın 23-də saat 23:00-da) yekunlaşıb. Razılaşmanın müddətinin uzadılması ilə bağlı tərəflərin heç birindən rəsmi bəyanat gəlməyib.

Seçilən
1
3
bakivaxti.az

5Mənbələr