AZ

“İran müharibəsinin ətraf mühitə vurduğu zərər insan sağlamlığını on illərlə təhdid edəcək”

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İran müharibəsinin ətraf mühitə vurduğu zərər insan sağlamlığını on illərlə təhdid edəcək”.

Moderator.az xəbər verir ki, bu barədə beynəlxalq ekspertlər narahatverici proqnozlar səsləndiriblər. Ekspertlər iddia edib ki, müharibə zamanı neft anbarlarının parladılması nəticəsində havaya qalxan qatı tüstü, habelə geniş ərazilərin neft məhsulları ilə çirkləndirilməsi, kimyəvi qarışıq və ağır metalların hədsiz çoxluğu uzun illər ərzində insanların sağlamlığı ilə bağlı ciddi problemlər yaratmaqdadır. Fars körfəzində batırılan gəmilərin sözügedən ərazini böyük ölçüdə çirkləndirməsi, açıq su hövzələri ilə yanaşı, yeraltı su mənbələrinin də çirklənməyə məruz qalması ətraf mühitlə bağlı vəziyyəti daha acınacaqlı edir.

Mütəxəssislərin fikrincə, hərbi əməliyyatlar davam edəcəyi təqdirdə ekoloji böhran buna uyğun olaraq daha da ağırlaşacaq ki, bu da həm hazırkı, həm də gələcək nəsillər üçün ciddi sağlamlıq problemləri deməkdir.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
moderator.az

2Mənbələr