AZ

Şiə ya sünni olmağımızın nə fərqi var? - Ərdoğan

Bölgəmiz son əsrin ən ağrılı günlərini yaşayır, baş verən hadisələr bölgədə ciddi humanitar fəsadlara səbəb olur.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda baş verən hadisələrlə bağlı açıqlama verərkən deyib..

Ərdoğan vurğulayıb ki, harada baş verməsindən asılı olmayaraq həyatını itirən insanların hamısı qardaş xalqlara məxsusdur. Onun sözlərinə görə, İsfahan, Təbriz və Tehranda tökülən göz yaşları ilə Ərbil, Amman, Bağdad, Beyrut, Səna, Doha və Ər-Riyadda yaşanan faciələr arasında heç bir fərq yoxdur.

Türkiyə lideri qeyd edib ki, bölgədə baş verən hadisələr nəticəsində atılan hər bir raket və silahlı toqquşma ümumi sabitliyə zərbə vurur və bundan bütün region əziyyət çəkir.

Ərdoğan əlavə edib ki, uzun müddətdir davam edən gərginliklər fonunda insanlar arasında dini və ya etnik fərqlərin heç bir əhəmiyyəti yoxdur.

“Uzun müddətdir davam edən gərginlik fonunda insanların şiə və ya sünni olması, eləcə də milli mənsubiyyəti heç bir fərq yaratmır. Türkiyənin həm yaxşı, həm də çətin günlərdə dost və qardaş xalqların yanında olmağa davam edəcəyini bildirib” – o vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, region xalqları arasında qarşıdurmanı dərinləşdirə biləcək addımlar qəbuledilməzdir və bu cür yanaşmaların qarşısı alınmalıdır.

Ərdoğan sonda vurğulayıb ki, İslam dünyasının müqəddəs dəyərlərinə və tarixi məkanlara hörmətin qorunması vacibdir və Türkiyə bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

 

(modern.az)

Seçilən
28
8
moderator.az

9Mənbələr