ain.az bildirir, Mia.az portalına istinadən.
Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyat etdirən qadınları tənqid edib.
Mia.az xəbər verir ki, müğənni “Günorta görüşərik” proqramında qonaq olan zaman qatıldığı bir məkanda gördüyü mənzərəni pisləyib.
O bildirib ki, orada olan xanımların əksəriyyəti üzündə, dişində xoşagəlməz formada dəyişiklik edib: “Qarşımda dörd-beş qadın oturmuşdu. əcaib bir şey idi. Yandan, qobaqdan görüntü, dişlər, dodaq əcaibdir. Bu, nə görüntüdür? Hara gedirsiniz, sonunuz nə olacaq sizin? Bizim bəlli bir yaşımız var. Bunlar 20-21 yaşında qız sağlam dişlərini yondurub, başqasını qoydurur”. (Yeni Sabah)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.