RU

Əməkdar artist plastik əməliyyat etdirən qadınları topa tutdu : Yandan, qobaqdan görüntü, dodaq əcaib...

ain.az bildirir, Mia.az portalına istinadən.

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyat etdirən qadınları tənqid edib. 

Mia.az xəbər verir ki, müğənni “Günorta görüşərik” proqramında qonaq olan zaman qatıldığı bir məkanda gördüyü mənzərəni pisləyib.

O bildirib ki, orada olan xanımların əksəriyyəti üzündə, dişində xoşagəlməz formada dəyişiklik edib: “Qarşımda dörd-beş qadın oturmuşdu. əcaib bir şey idi. Yandan, qobaqdan görüntü, dişlər, dodaq əcaibdir. Bu, nə görüntüdür? Hara gedirsiniz, sonunuz nə olacaq sizin? Bizim bəlli bir yaşımız var. Bunlar 20-21 yaşında qız sağlam dişlərini yondurub, başqasını qoydurur”. (Yeni Sabah)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
7
mia.az

10Источники