AZ

Rusiyada bazarın yeni sahibləri: "Qeyri-dost" ölkələr itirir, digərləri qazanır

Rusiyada "qeyri-dost" ölkələrin şirkətləri 2022–2025-ci illər ərzində Rusiya bazarında ümumilikdə 610 milyar dollardan çox dövriyyədən məhrum olublar.

"Cebheinfo.az" bu barədə "Vedomosti" qəzetinin hesablamalarına istinadən xəbər verir. 

Eyni dövrdə itirilən xalis mənfəət isə ən azı 16 milyar dollar olaraq hesablanıb. 2021-ci ildə bu şirkətlərin Rusiyadakı ümumi dövriyyəsi 280 milyar dollardan çox idi, lakin sonrakı dörd ildə illik orta gəlir təxminən 153 milyar dollar daha az reallaşıb.

Rusiyada fəaliyyət göstərən təxminən 3 400 xarici şirkətdən 1800-ü bazardan çıxıb və ya fəaliyyətini dayandırıb. Onların 1300-ü maliyyə göstəricilərini açıqlayıb. ABŞ mərkəzli şirkətlər bazarı ən sürətlə tərk edənlər olub. Onlardan yalnız 38 %-i fəaliyyətini davam etdirib. Avropa şirkətlərində isə bu göstərici 48 % təşkil edib.

Ən yüksək çıxış göstəricisi İrlandiya, Finlandiya, Norveç və İsveç şirkətlərində qeydə alındığı halda; Yunanıstan, Sloveniya, Slovakiya, Macarıstan və İtaliya şirkətlərinin 70 %-dən çoxu Rusiyada qalmağa davam edib.

Sektorlar üzrə ən böyük gəlir itkisi avtomobil sənayesində yaşanıb və bu rəqəm 215 milyar dollara çatıb. İstehlak bazarı 115 milyar dollar, elektronika istehsalçıları isə 94 milyar dollar itki ilə üzləşib. Maliyyə sektoru 28 milyar dollardan çox gəlirdən olduğu halda, İT və telekommunikasiya sahəsindəki itki 21 milyar dollar olaraq hesablanıb.

Buna qarşılıq, "dost" ölkələrdən gələn şirkətlər eyni dövrdə Rusiyadakı varlıqlarını və gəlirlərini əhəmiyyətli dərəcədə artırıblar.Bu şirkətlərin ümumi gəliri 2024-cü ilə qədər 42 milyar dolları keçib və son illərdə təxminən iki dəfə artıb.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr