AZ

Paşinyandan ittiham: Keçmiş prezidentlərin erməni xalqına aidiyyəti yoxdur

Ermənistanın sabiq prezidentləti Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan və onların siyasi qüvvələri Ermənistan xalqından başqa hamını təmsil etdiyindən onların heç vaxt Ermənistan xalqına aidiyyatı olmayıb. 

Azreform.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, xalq heç vaxt Robert Köçəryanı və ya Serj Sarkisyanı seçməyib və onlar heç vaxt legitim lider olmayıblar. “Levon Ter-Petrosyan isə bir dəfə seçilib və bir daha seçilməyib. Qarabağın son nümayəndələrinin heç bir legitimliyi yox idi. Əsas sual onların kimi təmsil etmələridir. Ermənistanı və erməni xalqını bu macəraya sürükləyən Levon Ter-Petrosyan olub”, - o vurğulayıb.

Paşinyan hakimiyyətin 2021-ci ildə olduğu kimi qarşıdan gələn seçkilərdə də xalqın mühakiməsinə tabe olacağını açıqlayıb. Paşinyan əmin edib ki, xalqın istənilən qərarına təvazökarlıqla tabe olacağıq.

Mürtəza

Seçilən
46
19
azreform.info

10Mənbələr