ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
PSJ klubunun Liqa 1-də "Lans"la keçirəcəyi oyun təxirə salınıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.
Qurum Paris təmsilçisinin İngiltərənin "Liverpul" kollektivinə qarşı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununa (14 aprel) yaxşı hazırlaşması üçün bu addımı atıb.
Daha əvvəl aprelin 11-ə planlaşdırılan "Lans" - PSJ qarşılaşması mayın 13-də baş tutacaq.
Xatırladaq ki, Liqa 1-də PSJ 60 xalla liderdir. Rəqibindən bir xal az toplayan "Lans" ikinci pillədə qərarlaşıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.