AZ

Beynəlxalq səyyahlar Xankəndidə olublar

37 ölkədən olan beynəlxalq səyyahlar Xankəndiyə gəlib.

"Report" xəbər verir ki, qonaqlar işğaldan azad edildikdən sonra şəhərdə həyata keçirilən bərpa işlərinin gedişatı ilə tanış olublar.

Beynəlxalq səyyahlardan ibarət nümayəndə heyəti Xankəndidəki Zəfər parkını da ziyarət edib.

Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyahlar qrupudur.

Seçilən
33
7
far.az

9Mənbələr