AZ

Cinayət törədib meşədə gizləndi - 8 il sonra tutuldu

Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları səkkiz il Tayqa meşəsində gizlənən cinayətkarı saxlayıblar.

“Yeni Sabah” xəbər verir ki, hadisə Kareliya Respublikasında baş verib.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən və islah işləri cəzasına məhkum edilən şəxs 2018-ci ilin oktyabr ayında evdən qaçıb və indiyədək meşədə yaşayıb.

O, mobil telefondan və bank kartlarından istifadə etməyib, ictimai yerlərdən qaçıb və ailəsi və dostları ilə əlaqə saxlamayıb.

Səkkiz illik təcrid müddətində o, bir neçə yardımçı bina tikib və yaxınlıqdakı yaşayış məntəqələrindəki zibilxanalarda paltar və qida toplayıb, yalnız gecələr çölə çıxıb.

O, əməliyyat zamanı gözlənilmədən aşkar edilib.


Telegram kanalımız
Seçilən
17
11
yenisabah.az

10Mənbələr