AZ

45 yaşlı kişini inək vurdu 

Samux rayonunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Ziyadlı kənd sakini 1981-ci il təvəllüdlü Zahid Məmmədov inəyin hücumuna məruz qalıb.

Nəticədə zərərçəkmiş müxtəlif bədən xəsarətləri alıb.

O, Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə yerləşdirilib.

Hazırda Zahid Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir. /qafqazinfo

Seçilən
30
7
bakivaxti.az

8Mənbələr