Minifutbol hakimi Ramil Namazov bu il Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatına təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, referi turnirin oyunlarını idarə edəcək 14 ədalət təmsilçisi arasında yer alıb. Mayın 27-dən iyunun 4-dək təşkil olunacaq Avropa çempionatında minifutbol yığmamız da çıxış edəcək.
Milli Fransa, İtaliya və Avstriya seçmələri ilə birlikdə F qrupunda mübarizə aparacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta